Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Dövlət Gömrük Komitəsinin sədri Daşkəsəndə vətəndaşların qəbulunu keçirib

22 oktyabr 2024 | 17:30

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq oktyabrın 22-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırov Daşkəsən şəhərində Daşkəsən, Göygöl, Samux, Kəlbəcər rayonları və Gəncə şəhər sakinlərini qəbul edib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovla Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin Daşkəsən şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini anıblar.

Qəbul zamanı  bölgədə yaşayan sakinlərin gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib.

 

Keçidlər