Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Dekabrın 19-da Daşkəsən Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib.

19 dekabr 2023 | 18:51

Dekabrın 19-da keçirilən Daşkəsən Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclasında RİHB-nin müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Namiq Süleymanov, RİH yanında İctimai Şuranın sədri Samir Həsənov, İctimai Şuranın üzvləri, rayonda fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak ediblər. 

Daşkəsən RİH yanında İctimai Şuranın sədri Samir Həsənov gündəlikdə duran məsələləri səsləndirib və həmin məsələlər üzrə iclas iştirakçılarını müzakirələrə dəvət edib. Samir Həsənov çıxışında Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin genişləndirilməsindən, “İctimai iştirakçılıq haqqında” Qanunun ictimai iştirakçılığın perspektiv inkişafı üçün mühüm əhəmiyyətə malik olmasından, qeyri-hökumət təşkilatlarının dövlət idarəçiliyi və qanun yaradıcılığı prosesinin iştirakçısına çevrilməsindən danışıb. Şura sədri iclas iştirakçılarına əvvəlki iclasda müzakirəyə çıxarılmış məsələlərin həlli ilə bağlı görülən işlərə də toxunaraq diqqətə çatdırıb ki, qaldırılmış problemlər, verilən təkliflər RİH-nə çatdırılmış və həmin məsələlər həll olunmuşdur.

İclasın gündəliyinə əsasən, Daşkəsən rayonunda abadlıq-quruculuq, ekoloji  maarifləndirmə və sosial-infrastruktur layihələrinin icrası ilə əlaqədar görülən işlər barədə sakinlərin müntəzəm olaraq məlumatlandırılması barədə Şuranın üzvü Vüqar Xəlilov çıxış edib. Vurğulanıb ki, rayon ərazisində həyata keçirilən tədbirlər barədə RİH tərəfindən vətəndaş cəmiyyəti institutları da cəlb olunmaqla yerlərdə sakinlərlə hesabat xarakterli görüşlər mütəmadi olaraq keçirilir, izahatlar verilir, vətəndaşların rəy və təklifləri daim nəzərə alınır. Rayonda görülən işlər KİV və sosial media resurslarında operativ formada geniş işıqlandırılır. Təqdirəlayiq haldır ki, həyata keçirilən tədbirlərdə rayonun təsərrüfat subyektləri, ayrı-ayrı idarə, müəssisə və təşkilatları ilə yanaşı, hər zaman sakinlər də könüllü olaraq yaxından iştirak edirlər.

Sonra İctimai Şuranın üzvləri tərəfindən gündəlikdəki məsələ geniş müzakirə olunaraq müvafiq işlərin görülməsi üçün aidiyyəti təşkilatlara müraciət edilməsi qərara alınıb.

RİHB-nin müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Namiq Süleymanov yekun nitqlə çıxış edərək RİH ilə hər zaman sıx əlaqədə səmərəli fəaliyyət göstərdiklərinə görə İctimai Şuranın üzvlərinə təşəkkür edib, rəy və təkliflərinin daim dəyərli olduğunu bildirib, fəaliyyətlərini yüksək qiymətləndirib.

Keçidlər