DAŞKƏSƏNLİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ VİDADİ İSRAFİLOVUN VƏ HƏSƏN ABDULLAYEVİN ANIM GÜNLƏRİ KEÇİRİLİB
Noyabrın 12-də daşkəsənli Vətən müharibəsi şəhidləri əsgər İsrafilov Vidadi Vaqif oğlunun və əsgər Abdullayev Həsən Qərib oğlunun Gəncə Şəhidlər Xiyabanında anım günləri izdihamlı qeyd olunub.
Şəhidlərin ildönümü mərasimlərində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, RİHBA-nın məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX-nin rayon böməsinin rəisi, Şəhidlərin ailə üzvləri, şəhid valideynləri, qazilər, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Şəhidlərin məzarları ziyarət olunub, gül dəstələri düzülüb, dualar oxunub.
İcra başçısı Əhəd Abıyev çıxış edərək hər iki Şəhidin ailə üzvlərinə bir daha Daşkəsən ictimaiyyətinin başsağlığını çatdırıb, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımızın əldə etdiyi tarixi qələbədən, habelə ildönümü qeyd olunan Şəhidlərin həyatından, keçdikləri şərəfli döyüş yolundan söz açıb. Əhəd Abıyev çıxışında bütün şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Eyni zamanda da deyib ki, şəhidlərimizin əziz xatirəsi hər zaman qəlbimizdə əbədi yaşayacaqdır. Allah şəhidlərimiz Vidadi İsrafilova və Həsən Abdullayevə rəhmət eləsin, onların əziz ruhları şad olsun.
Şəhid şəhid Vidadi İsrafilovun atası Vaqif İsrafilov və Həsən Abdullayevin atası Qərib Abdullayev ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonda ehsan süfrəsi açılıb.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini