DAŞKƏSƏNLİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ ORXAN BƏXTİYAROV VƏ TURAL İSMAYILOV ANILIBLAR
Noyabrın 16-da Daşkəsən Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidləri əsgər Bəxtiyarov Orxan Sərvər oğlunun, Gəncə Şəhidlər Xiyabanında isə əsgər İsmayılov Tural Nürəddin oğlunun anım günləri qeyd olunub.
İldönümü mərasimlərində Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhidlərin ailə üzvləri, rayonun şəhid valideynləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Şəhidlərin məzarları ziyarət olunub, güllər düzülüb, dualar oxunub.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Namiq Süleymanov Şəhidlərin ailələrinə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin və rayon ictimaiyyətinin adından bir daha başsağlığı verib, səbir diləyib. Həmçinin Şəhidlərin şərəfli həyatlarından və döyüş yollarından söz açıb.
Şəhid Orxan Bəxtiyarovun anası Gülbəs Bəxtiyarova, şəhid Tural İsmayılovun atası Nürəddin İsmayılov, anası Nazilə İsmayılova ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini