Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsənli Vətən müharibəsi şəhidləri Eşqin Bağırovun anım və Orxan Şıxıyevin doğum günləri qeyd olunub

30 sentyabr 2024 | 11:03

Sentyabrın 29-da Vətən müharibəsi şəhidləri kiçik çavuş Bağırov Eşqin Rafiq oğlunun anım günü Daşkəsən rayon Xoşbulaq kəndində və əsgər Şıxıyev Orxan Raqif oğlunun 35-ci doğum günü Daşkəsən Şəhidlər Xiyabanında məzarları başında qeyd olunub.

Anım mərasimlərdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, RİHBA-nın məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin yaxınları, şəhid valideynləri, qazilər, sakinlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhuna dualar oxunub, məzarlarına gül dəstələri düzülüb, xatirələri anılıb.

İcra başçsı Orxan Abbasov Daşkəsən rayon ictimaiyyəti adından şəhidlərin ailələrinə bir daha dərin hüznlə başsağlığı verib, şəhidlərin şərəfli həyatından və döyüş yolundan söz açıb. Daşkəsən  rayonunda da şəhid ailələrinə hərtərəfli qayğı göstərilməsini bildirərək bu sahədə görülən bütün işlərin möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın daim diqqətində olduğunu qeyd edib.

Şəhidlərin valideynləri ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər