Daşkəsənli Vətən müharibəsi şəhidləri Elnur Məmmədov, Arzu Zeynalov və Pərviz Ələsgərov anılıblar
Daşkəsənli Vətən müharibəsi şəhidləri əsgər Məmmədov Elnur İsrəfil oğlunun Gəncə Şəhidlər Xiyabanında, əsgər Zeynalov Arzu Rövşən oğlunun və kiçik çavuş Ələsgərov Pərviz Lətif oğlunun Daşkəsən Şəhidlər Xiyabanında keçirilən dördüncü ildönümü mərasimlərində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailələri və yaxınları, şəhid valideynləri, müharibə veteranları, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərin məzarları ziyarət edilib, xatirələri anılıb, dualar oxunub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov şəhidlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verdikdən sonra Vətən müharibəsi şəhidləri əsgər Elnur Məmmədovun, əsgər Arzu Zeynalovun və kiçik çavuş Pərviz Ələsgərovun şərəfli həyat və döyüş yollarından söz açıb. Daşkəsən rayonunda da dövlət səviyyəsində şəhid ailələrinin və müharibə əlillərinin sosial qayğılarının həlli sahəsində görülən kompleks ardıcıl işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.
Şəhidlərin valideynləri ailələrinə göstərilən diqqət və qayğıya, övladlarının xatirəsinin uca tutulmasına görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.