DAŞKƏSƏNLİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ VİDADİ İSRAFİLOVUN DOĞUM GÜNÜ KEÇİRİLİB
İyunun 18-də Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri və ictimaiyyət nümayəndələri Vətən müharibəsi şəhidi əsgər İsrafilov Vidadi Vaqif oğlunun Gəncə Şəhidlər xiyabanında yerləşən məzarını ziyarət edib, xatirəsini anıblar.
Daşkəsən RİHBA-nın Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəxri Həsənov Şəhidin ailə üzvlərinə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin və Daşkəsən ictimaiyyətinin başsağlığını çatdırıb.
Digər çıxış edənlər də Vidadi İsrafilovun həyatından və keçdiyi döyüş yolundan söhbət açıblar.
Qeyd edək ki, İsrafilov Vidadi Vaqif oğlu 18 iyun 1987-ci ildə Daşkəsən rayonunun Gurbulaq kəndində doğulub. Vidadi İsrafilov Daşkəsən rayon Gurbulaq kənd ümumi orta məktəbinin riyaziyyat müəllimi olub. Vətən müharibəsi başlayanda könüllü olaraq səfərbərlik üzrə hərbi xidmətə gedib. Onun döyüş yolu Füzuli, Qubadlı və Şuşadan keçib.
Vidadi İsrafilov 9 noyabr 2020-ci il tarixdə Şuşa uğrunda gedən döyüşlərdə müqəddəs şəhidlik zirvəsinə ucalıb, 12 noyabr 2020-ci il tarixdə Gəncə Şəhidlər Xiyabanında dəfn edilib. Prezident cənab İlham Əliyevin Sərəncamları ilə Şəhid Vidadi İsrafilov göstərdiyi igidliyə, fədakarlığa və vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.
Allah Şəhidimizə rəhmət eləsin.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və humanitar
məsələlər şöbəsinin müdir müavini