Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsənli Vətən müharibəsi şəhidi Sərxan Məmmədov anılıb

04 noyabr 2024 | 13:33

Noyabrın 4-də Daşkəsən Şəhidlər Xiyabanında keçirilən Vətən müharibəsi şəhidi əsgər Məmmədov Sərxan Sahil oğlunun anım günündə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, şəhidin ailə üzvləri, şəhid ailələri, müharibə veteranları, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə mərasim iştirakçıları şəhidin məzarına gül dəstələri düzərək xatirəsini anıblar, dualar oxuyublar.

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov şəhidin ailəsinə başsağlığı verib. Bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı parlaq tarixi Zəfər xalqımızın yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Torpaqlarımızın düşməndən azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.

Digər çıxış edənlər Sərxan Məmmədovun şərəfli həyatından, keçdiyi döyüş yolundan və göstərdiyi igidlik nümunələrindən söz açıblar.

Şəhidin valideynləri onlara hər zaman göstərilən diqqət və qayğıya, eləcə də övladlarının xatirəsi uca tutulduğuna görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıq ediblər.

 

Keçidlər