DAŞKƏSƏNLİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ PƏRVİZ ƏLƏSGƏROVUN ATASI LƏTİF ƏLƏSGƏROV TORPAĞA TAPŞIRILIB
Dekbarın 6-da Daşkəsən şəhər Mədənçilər qəsəbəsində keçirilən yas mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatlar, rayonun şəhid valideynləri, qazilər, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İcra başçısı Əhəd Abıyev Vətən müharibəsi şəhidi Pərviz Ələsgərovun atası Lətif Ələsgərovun vəfatından kədərləndiyini bildirib, rayon ictimaiyyəti adından mərhumun ailəsinə və yaxınlarına dəri hüznlə başsağlığı verib və Allahdan rəhmət diləyib. İcra başçısı çıxışında vurğulayıb ki, Prezident cənab İlham Əliyevin tapşırığına əsasən şəhid ailələrinə diqqət və qayğı göstərmək, hər zaman onların yanında olmaq hər birimizin vətəndaşlıq borcudur.
Allah rəhmət eləsin.
Elmar Əliyev - Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini