DAŞKƏSƏNLİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ NOVRUZ HAXVERDIYEVİN XATİRƏSİ ANILIB
Yanvarın 19-da Gəncə şəhər Şəhidlər Xiyabanında daşkəsənli Vətən müharibəsi şəhidi əsgər Haxverdiyev Novruz Əli oğlunun anım günü qeyd olunub. Anım mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Şəhidin ailə üzvləri, rayonun şəhid valideynləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhid əsgər Novruz Haxverdiyevin məzarına gül dəstələri düzülüb, xatirəsi yad edilib, dualar oxunub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Fəxri Həsənov Şəhidin ailəsinə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin və rayon ictimaiyyətinin adından bir daha dərin hüznlə başsağlığı verib, Allahdan rəhmət diləyib, şəhid Novruz Haxverdiyevin şərəfli ömür və döyüş yolundan geniş söz açıb.
Digər çıxış edənlər isə şəhid adının müqəddəsliyi və şəhidlərin əziz xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayıblar.
Şəhidin atası Əli Haxverdiyev və anası Kifayət Haxverdiyeva ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Elmar Əliyev – VÜQARLI
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini