Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsənli şəhidlər Zeynalov Arzu Rövşən oğlunun və Ələsgərov Pərviz Lətif oğlunun anım günləri qeyd olunub.

24 noyabr 2023 | 13:16

Daşkəsən Şəhidlər Xiyabanında keçirilən anım mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının məsul işçiləri, şəhid valideynləri, qazilər və  rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə şəhidin məzarları ziyarət edilib, üzərlərinə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub. 

Şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs edilib.

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov anım mərasimində qeyd etmişdir ki, üç il bundan öncə rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə dünya hərb tarixinə yeni səhifə yazdı. Azərbaycan xalqı, dövləti həm 44 günlük Vətən müharibəsində, həm də ondan sonrakı ötən 3 il ərzində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyində zəfərdən-zəfərə doğru irəliləyib, hərbi və diplomatik müstəvidə tarixi qələbələr əldə edib.

Aprelin 23-də Laçın sərhəd-keçid məntəqəsinin yaradılması ilə ərazi bütövlüyümüz tam təmin edildi. Sentyabrın 19-da isə Ermənistan silahlı qüvvələrinin törətdiyi terror hadisəsinə cavab olaraq Azərbaycan Ordusunun başladığı lokal antiterror tədbirlərinin qısa müddətdə öz nəticəsini verməsi, qarşıya qoyulan hədəflərə bir sutkadan da az vaxtda nail olunması Azərbaycanın növbəti şanlı qələbəsi kimi tarixə yazıldı. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinin, qeyri-qanuni erməni silahı dəstələrinin silahı yerə qoymaları, döyüş mövqelərindən və hərbi postlardan çıxmaları, tərk-silah olunmaları, separatçı rejimin özü-özünü buraxması ilə bütün ölkə ərazisində suveren hüquqlarımız tam şəkildə bərqərar oldu. Separatçılardan təmizlənmiş ərazilərimizdə - Xankəndidə, Xocalıda, Ağdərədə, Əsgəranda, Xocavənddə Azərbaycan Bayrağının ucaldılması tarixi hadisədir.

 Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidən xalqa müraciətində bildirdi ki, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir: “Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqiq. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Şəhidlərin ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Zeynalov Arzu Rövşən oğlu 1999-cu il martın 6-da Qazaxıstan Respublikasının Arşalınskiy rayonunun Qırmızı Göl kəndində anadan olub. 2020-ci ilin iyun ayından etibarən MAHHXHQ əsgər kimi yenidən xidmətə başlayıb. 2020-ci il oktyabrın 2-də Kəlbəcər rayonu istiqamətində şərti adı “Ağdağ” döyüş mövqeyi istiqamətində aparılan hərbi əməliyyatlar zamanı qəhrəmancasına şəhid olub. Arzu Zeynalov 24 noyabrın 2020-ci il tarixdə Daşkəsən Şəhidlər Xiyabanında dəfn olunub. Subay idi.

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra ”İgidliyə görə”, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə”  medalları ilə təltif edilmişdir.

Ələsgərov Pərviz Lətif oğlu 1984-cü il sentyabrın 27-də Daşkəsən şəhərində anadan olub. Azərbaycan Ordusunun kiçik çavuşu olan Pərviz Ələsgərov 2020-ci il sentyabrın 27-də  Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə vuruşub. Pərviz Ələsgərov oktyabrın 2-də Murovdağ döyüşləri zamanı şəhid olub. 24 noyabr 2020-ci il tarixdə Daşkəsən Şəhidlər Xiyabanında dəfn olunub. Özündən sonra iki övladı yadigar qalıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra “İgidliyə görə”, “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Keçidlər