Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsənli şəhidlər Turxan Süleymanovun və Nihad Verdiyevin anım günləri, şəhid Elnur Məmmədovun doğum günü qeyd olunub

16 sentyabr 2023 | 17:06

Sentyabrın 16-da Daşkəsən rayon və Gəncə şəhər Şəhidlər Xiyabanlarında keçirilən daşkəsənli şəhidlər Süleymanov Turxan İdris oğlunun və Verdiyev Nihad Nicat oğlunun anım günlərində və şəhid Məmmədov Elnur İsrafil oğlunun doğum günündə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov, Türkiyənin Gəncə şəhərindəki baş konsulu Recep Öztop, rayonun hüquq mühafizə orqanlarının, habelə idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhidlərin valideynləri, yaxınları, digər şəhid valideynləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 Əvvəlcə şəhidlərin məzarları ziyarət edilib, xatirələri anılıb, dualar oxunub.

Vüqar Məmmədov rayon ictimaiyyəti adından şəhidlərin ailələrinə və yaxınlarına  bir daha dərin hüznlə başsağlığı verərək möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində əldə olunan tarixi zəfərdən, torpaqlarımızın işğaldan azad edilməsindən,  rəşadətli Azərbaycan Ordusunun qüdrətindən və anım günləri qeyd olunan şəhidlərin şərəfli həyat və döyüş yollarından danışıb.

Digər çıxış edənlər də şəhidlərin haqqında xatirələrini bölüşüblər.

Şəhid valideynləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər