Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsənli şəhidlər Turxan Süleymanovun və Nihad Verdiyevin anım günləri, şəhid Elnur Məmmədovun 35-ci doğum günü qeyd olunub

17 sentyabr 2024 | 14:16

Sentyabrın 16-da Daşkəsən və Gəncə Şəhidlər Xiyabanlarında keçirilən daşkəsənli şəhidlər Süleymanov Turxan İdris oğlunun və Verdiyev Nihad Nicat oğlunun anım günlərində və şəhid Məmmədov Elnur İsrafil oğlunun 35-ci doğum günündə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhidlərin valideynləri, yaxınları, digər şəhid valideynləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidlərin məzarları ziyarət edilib, xatirələri anılıb, dualar oxunub.

İcra başçısı Orxan Abbasov Daşkəsən rayon ictimaiyyəti adından şəhidlərin ailələrinə və yaxınlarına  bir daha dərin hüznlə başsağlığı verərək möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində əldə olunan tarixi zəfərdən, torpaqlarımızın işğaldan azad edilməsindən, rəşadətli Azərbaycan Ordusunun qüdrətindən və anım günləri qeyd olunan şəhidlərin şərəfli həyat və döyüş yollarından danışıb.

Digər çıxış edənlər də şəhidlərin haqqında xatirələrini bölüşüblər.

Şəhidlərin valideynləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər