DAŞKƏSƏNİN ÜMUMTƏHSİL MƏKTƏBLƏRİNDƏ FİZİKİ AKTİVLİYİN TƏMİN OLUNMASI ÜÇÜN GÜNDƏLİK TƏDBİRLƏR KEÇİRİLİR
Daşkəsənin ümumtəhsil müəssisələrində hər gün səhər toplantılarında şagirdlər Dövlət Himnini oxuduqdan sonra səhər gimnastikası ilə məşğul olub məktəbə daxil olurlar. Məktəblərin fiziki tərbiyə müəllimlərinin rəhbərliyi altında təşkil olunan səhər idmanı şagirdlərin gümrahlığını təmin edib, narahatlığının və gərginliyinin aradan qalxmasına səbəb olur, dərslərin qavranılmasında da öz müsbət nəticəsini göstərir.
Rayonun ümumi təhsil müəssisələrində fiziki aktivliyin təbliği ilə bağlı tədbirlər Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2015-ci il tarixli 1645 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın 9.2.1-ci bəndinə əsasən keçirilir.
Məlum olduğu kimi Azərbaycan da daxil olmaqla, dünyanın bir sıra ölkələrində yaşlı nəsillə bərabər, cavanların da daha çox oturaq həyat tərzi keçirməsi bir sıra qeyri-infeksion xəstəliklərin inkişafına təsir göstərir. Yeniyetmə və gənclər arasında yayılan piylənmə, ürək-damar xəstəlikləri və depressiyaya qarşı ən effektiv profilaktika metodlarından biri olduğuna görə aktiv fiziki həyat tərzinin təbliği çox vacibdir.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini