Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNİN QUŞÇU KƏNDİNDƏ “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN GƏNCLİYİ” MÖVZUSUNDA NÖVBƏTİ GÖRÜŞ KEÇİRİLİB

16 fevral 2023 | 13:03

Fevralın 16-da Daşkəsən Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, rayon Gənclər və İdman İdarəsinin, rayon üzrə Təhsil sektorunun, Daşkəsən KOB dostunun və qeyri-hökumət təşkilatları mənsublarının iştirakı ilə “Heydər Əliyev İli” çərçivəsində təsdiq olunmuş Tədbirlər Planına əsasən Daşkəsən rayonunun Quşçu kəndində keçirilən görüşdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad olunub.

Sonra “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusuna həsr olunmuş çıxışlar dinlənilib.

Rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov çıxış edərək Ulu Öndər Heydər Əliyevin  parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, gənclər və idman siyasəti, Azərbaycanın inkişafı naminə göstərdiyi əvəzsiz xidmətlərindən söz açıb. Diqqətə çatdırıb ki, məhz Ümummilli Lider Heydər Əliyev dühası sayəsində dövlətimizin müstəqilliyi əbədi və dönməz olmuş, ölkəmizdə sabitlik, sülh və əmin-amanlıq, iqtisadi yüksəliş təmin edilmiş, müasir Azərbaycan tənəzzüldə olan dövlətdən inkişaf edən ölkəyə çevrilmişdir.

RİHBA-nın məsul işçisi Orxan Abbasov çıxışında bildirib ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu Öndər Heydər Əliyev xalqımızı zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” – deyən Ulu Öndərimiz Azərbaycan gəncliyinin yenidən təşkilatlanması, ölkədə gənclər hərəkatının, gənclik əzmi və enerjisinin vahid mərkəzdən idarə olunması məqsədilə 1994-cü ilin 26 iyul tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaradılması barədə Fərman imzaladı. 1995-ci ilin martında Respublika gəncləri ilə görüşən Ulu Öndər gənclərin sağlam ruhda tərbiyə olunmaları və əsl vətəndaş kimi yetişmələri naminə əlindən gələni əsirgəməyəcəyini bəyan etdi. Bu bəyanatın real təzahürü 1996-cı ilin 2 fevralından etibarən hər üç ildən bir Azərbaycan gənclərinin forumunun təşkil edilməsi, ölkədə gənclər gününün təsis olunması, gənclərin problemlərinin həllinə yönələn çoxsaylı fərman və sərəncamların imzalanması, qanunların qəbulu,  gənclərin dövlət quruculuğu prosesinə cəlb edilməsi ilə reallığa çevrildi. 

Azərbaycan xalqının mənafeyinə əsaslanan bu siyasət 2003-cü ilin oktyabrından etibarən Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri  cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə uğurla davam etdirilir. Ölkə rəhbəri cənab İlham Əliyev gənclərimizin qarşısında xalqımıza, dövlətimizə, ölkəmizə sədaqətlə xidmət etmək, həyatda fəal olmaq və Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında yaxından iştirak etmək kimi önəmli vəzifələr qoyur. Dünyanın sürətlə qloballaşdığı bir dövründə Azərbaycan dövlətinin milli maraqlara və dəyərlərə əsaslanan gənclər siyasəti yeni inkişaf mərhələsinə doğru inamla irəliləyir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 2005-2009-cu, 2011-2015-ci və 2017-2021-ci illəri əhatə edən “Azərbaycan gəncliyi” dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində ölkəmizdə gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olunmuş, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaranmış, onların yaradıcı və innovativ potensialının üzə çıxarılması dəstəklənmiş, gənc nəslin sağlamlığını qorumağa, gənclərin təhsil və məşğulluq məsələlərinə diqqəti daha da artırmış, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə edilməsini və könüllülük hərəkatını inkişaf etdirmişdir.

Daşkəsən gəncləri də bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətlərini dərk edir və Prezident, Yeni Azərbaycan Partiyasının Sədri  cənab  İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə layiqli töhfələrini verməyə çalışırlar.

Daşkəsən rayon Quşçu kənd Ə.İsmayılov adına tam orta məktəbin direktoru Asif Məmmədov isə 2023-cü ilin ölkəmizdə  “Heydər Əliyev İli” elan olunmasının böyük tarixi əhəmiyyətindən, Ulu Öndərin təhsilə, mədəniyyətə, idmana olan qayğısından, dövlətin gənclərə olan hərtərəfli diqqətindən ətraflı söhbət açıb. Vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət və ordu quruculuğunun məntiqi nəticəsi 44 günlük Vətən müharibəsində özünü bütün parametrləri ilə göstərdi. Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı ölkə başçısı cənab İlham Əliyevin apardığı uzaqgörən müdrik siyasətin formalaşdırdığı vətənpərvər Azərbaycan gəncliyi Vətən müharibəsində parlaq qələbə qazandı.

Digər çıxış edənlər də müstəqil Azərbaycanın qurucusu, gənclərin dostu Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinə nəzər salaraq Dahi Şəxsiyyətin gənclər siyasəti ilə bağlı gördüyü işlərin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyindən danışıb, fikir mübadiləsi aparıblar.

 

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini  

Keçidlər