Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV ŞƏHİD TURXAN SÜLEYMANOVUN VƏ ŞƏHİD NİHAD VERDİYEVİN YAS MƏRASİMLƏRİNDƏ İŞTİRAK EDİB

19 sentyabr 2022 | 10:31

Sentyabrın 18-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevlə birlikdə rayon Polis Şöbəsinin rəisi Seymur Əfəndiyev, SHXÇDX-nin rayon bölməsinin rəisi Mirqasım Abbasov, RİHB-nin inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri sərhəddəki erməni təxribatlarının qarşısını alarkən həlak olmuş Daşkəsən Şəhidlərinin yas mərasimlərində iştirak ediblər.

İcra başçısı Əhəd Abıyev Şəhidlərin valideynlərinə və yaxınlarına bir daha Daşkəsən rayon ictimaiyyəti və şəxsən öz adından dərin hüznlə başsağlığı verib.

QMİ-nin Qazilər Şurasının üzvü, Gəncə İmamzadəsinin imamı Hacı Tahir Abbasov isə Şəhidlərimizə, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanına və qalib ordumuza dualar edib.

Şəhid Turxan Süleymanovun atası İdris Süleymanov, anası Humay Süleymanova, Şəhid Nihad Verdiyevin atası Nicat Verdiyev, anası Vüsalə Verdiyeva şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

                            

Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər