DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV RAYONDA ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRLƏ GÖRÜLƏN İŞLƏR VƏ GÖSTƏRİLƏN KÖMƏKLİKLƏRLƏ BAĞLI İCLAS KEÇİRİB
Sentyabrın 18-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin sədrliyi ilə keçirilən iclasda RİHBA-nın işçiləri, rayonun Polis şöbəsinin rəisi Seymur Əfəndiyev, SHXÇDX-nin rayon bölməsinin rəisi Mirqasım Abbasov, RİHB-nin inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi yad edilib.
İcra başçısı Əhəd Abıyev bildirib ki, ölkə rəhbərimiz möhtərəm cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Daşkəsən Rayon İcra Hakimiyyəti rayonun hər bir şəhid ailəsinə, qazi və müharibə iştirakçısına köməkliklərin edilməsi istiqamətində davamlı iş aparır, bu kateqoriyadan olan sakinlərin hər birinə həssaslıqla xüsusi yüksək diqqət və qayğı göstərir. Hər zaman olduğu kimi Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri hörmətli Zeynal Nağdəliyevin tapşırıq və tövsiyələrinə əsasən rayon ərazisində şəhid ailələri və qazilərlə bağlı icra edilən layihə və tədbirlərin aidiyyəti yerli qurumlarla qarşılıqlı formada vaxtında və keyfiyyətlə həyata keçirilməsinin vəziyyəti barədə məlumat verən Əhəd Abıyev həllini gözləyən məsələlərin də nəzarətdə saxlanılmasını tapşırıb. İcra başçısı bir daha da diqqətinə çatdırıb ki, rayonda yerli qurumlara müraciət edən hər bir müharibə iştirakçısı, əlili və şəhid ailəsinin üzvü dərhal qəbul edilməli, onların bütün müraciətləri yüksək diqqətlə araşdırılmalı, qaldırdıqları məsələlər obyektiv və ədalətli həll olunmalı, eyni zamanda dövlət qayğısı ilə tam əhatə edilmələri üçün aidiyyəti yerli qurumlarla birgə zəruri tədbirlər görülməlidir. Əhəd Abıyev onu da qeyd edib ki, rayon ərazisində yerlərdə şəhid ailələri və qazilərlə qrafikə uyğun olaraq davamlı formada görüşlər keçiriləcəkdir.
İclasda gündəlikdə duran bir sıra məsələlər geniş müzakirə və təhlil edilərək aidiyyəti üzrə tapşırıqlar verilib.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini