Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV QUŞÇU QƏSƏBƏSİNDƏ SƏYYAR QƏBUL KEÇİRİB

26 oktyabr 2022 | 13:13

Oktyabrın 26-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Quşçu qəsəbəsində keçirilən növbəti səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və sakinlər iştirak ediblər.

İcra başçısı Əhəd Abıyev çıxışında xüsusilə  qeyd edib: “Oktyabrın 20-də dövlətimizin başçısı cənab İlham Əliyevin Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanla birgə Zəngilan Beynəlxalq Hava Limanının, “Dost Aqropark” ağıllı kənd təsərrüfatı kompleksinin birinci mərhələsinin açılışlarını etmələri, eyni zamanda, Horadiz-Ağbənd dəmir yolu xəttinin Cəbrayıl rayonundan keçən hissəsində yerləşən Qumlaq stansiyasının, “Azərbaycan–Türkiyə Beynəlxalq Meşə Təlim Mərkəzi”, “Ağıllı Tingçilik” və “Dostluq Meşəsi” Kompleksinin təməlqoyma mərasimlərindən sonra Cəbrayıl şəhərində mətbuata birgə bəyanatla çıxışları bir millət, iki dövlətin qardaşlığının, əbədi birliyinin ifadəsi, əyani təcəssümüdür. Bu həmçinin dövlət rəhbərimiz cənab İlham Əliyevin düşünülmüş siyasətinin, o cümlədən yeniləşən Azərbaycan iqtisadiyyatının gücünün təntənəsidir”. 

İcra başçısı Əhəd Abıyev  vurğulayaraq bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin vətəndaş müraciətlərinə xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Daşkəsən rayonunda da birmənalı olaraq yerinə yetirilir. Ölkə rəhbərimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın vətəndaşlara göstərdikləri qayğı rayonumuzun bütün sahələrində öz əksini tapır.

İcra başçısı ötən dövrlərdə Quşçu qəsəbəsində görülən işlərə toxunaraq deyib ki, qəsəbəyə gələn avtomobil yolu asfaltlanmış, ərazidə olan uşaq bağçası əsaslı təmir edilmiş, Heydər Əliyev Fondunun dəstəyi ilə Quşçu qəsəbə tam orta məktəbinin yeni müasir modul tipli binası inşa olunmuş, ən əsası isə yaşayış məntəqəsi qazlaşdırılmış, elektrik təchizatı yenidən qurulmuş, qəsəbəyə yeni su xəttinin çəkilməsi, sakinlərin məşğulluğunun təmin edilməsi istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilmişdir.

Qəbulda iştirak edən qəsəbə sakinləri onların problemlərinin həllinə həssaslıqla yanaşıldığına, göstərilən diqqət və qayğıya, ölkəmizdən yaranmış sabitliyə və bütün sahələr üzrə görülən işlərə görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.

 

Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər