DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV ƏMİRVAR-ƏHMƏDLİ KƏNDİNDƏ VƏTƏNDAŞLARIN QƏBULUNU KEÇİRİB
Fevralın 16-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Əmirvar-Əhmədli kəndində keçirdiyi səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Əvvəlcə qardaş Türkiyədə dağıdıcı zəlzələ nəticəsində həlak olanların xatirəsi yad edilib.
İcra başçısı Əhəd Abıyev giriş nitqində bildirib ki, ölkə rəhbəri cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqları Daşkəsən rayonunda daim diqqət mərkəzində saxlanılaraq birmənalı şəkildə yerinə yetirilir. Belə ki, möhtərəm Prezident cənab İlham Əliyevin tapşırığı ilə rayonun hər bir yaşayış məntəqəsində vətəndaşların mütəmadi çoxsaylı qəbulları keçirilir, onlar fərdi qaydada dinlənilir, əhalini narahat edən problemlər öyrənilir, rayon səviyyəsində həlli mümkün məsələlər yerində həll edilir, mərkəzi icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid olan məsələlər isə ümumiləşdirilərək nəzarət qaydasında çatdırılır.
İcra başçısı Əhəd Abıyev çıxışında ötən dövrlərdə rayonun Əmirvar-Əhmədli kəndində xeyli abadlıq-quruculuq işlərinin aparıldığını, Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunun yenidən qurulduğunu, 80 şagird yerlik Əmirvar-Əhmədli kənd S.Ələkbərov adına ümumi orta məktəb binasının müasir formada tikilərək istifadəyə verildiyini, elektrik təchizatının yaxşılaşdırıldığını və əhalinin məşğulluğunun artırılması üçün ardıcıl tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Sonra icra başçısı Əhəd Abıyev sakinlərin müraciətlərini dinləyib. Kənd sakinləri əsasən əraziyə təbii qaz xəttinin, genişzolaqlı internet kabelin çəkilməsi və məşğulluqla bağlı müraciətlər ediblər.
İcra başçısı Əhəd Abıyev qaldırılan məsələlərin həllinə dair müvafiq tapşırıqlarını verib. Müraciətlərin bir qismi yerində həll edilib, icra strukturunun fəaliyyət dairəsinə aid olmayan bir qismi də nəzarət qaydasında araşdırılması üçün qeydiyyata götürülüb.
Qəbulda iştirak edən Əmirvar-Əhmədli kənd sakinləri onlara hər zaman göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini