DAŞKƏSƏNİN İCRA BAŞÇISI ƏHƏD ABIYEV ASTAF KƏNDİNDƏ VƏTƏNDAŞLARIN QƏBULUNU KEÇİRİB
Sentyabrın 6-da Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Astaf kəndində keçirilən növbəti səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər.
İcra başçısı Əhəd Abıyev Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyəsi ilə keçirilən səyyar qəbulların başlıca məqsədinin yerlərdə problemlərin öyrənilməsi, həlli istiqamətində kompleks addımların atılması olduğunu qeyd edib.
İcra başçısı ötən dövrlərdə Astaf kəndində bir sıra mühüm işlərin görüldüyünü, həmçinin sakinlər tərəfindən qaldırılan problemlərə həmişə diqqətlə yanaşıldığını deyib. O xüsusilə vurğulayıb ki, möhtərəm Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə hazırda davam edən Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolunun yenidən qurulması işləri, habelə bir neçə il bundan qabaq Qabaqtəpə-Astaf yolunda inşa edilmiş yeni iki ədəd müasir böyük körpü ölkə rəhbərinin Daşkəsənlilərə olan daimi diqqət və qayğısının göstəricisidir. Belə ki, bu yolların çəkilməsi ilə rayonumuzun tarixində yeni bir səhifə açılıb, sakinlərin ən böyük problemi həllini tapıb, insanlar rahatlığa qovuşub. Eyni zamanda ucqar bir kənddə görülən belə möhtəşəm işlər ölkəmizin yüksək iqtisadi gücünü göstərir.
Sonra Əhəd Abıyev sakinlərin müraciətlərini dinləyib.
Hər bir sakinin probleminə diqqətlə yanaşan Əhəd Abıyev müraciətlərin araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həllinə dair aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlarını verib.
Astaf kənd sakinləri yerlərdə müraciətlərə baxılması üçün yaradılan şəraitdən razılıq edərək hər zaman göstərdikləri diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini