Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNİN BAŞÇISI ƏHƏD ABIYEV QARAQULLAR KƏNDİNDƏ VƏTƏNDAŞLARIN SƏYYAR QƏBULUNU KEÇİRİB

18 oktyabr 2022 | 14:09

Oktyabrın 18-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin Qaraqullar kəndində keçirilən vətəndaşlarla növbəti səyyar qəbulunda rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, sakinlər, ərazi icra nümayəndəsi və bələdiyyə sədri iştirak edib.

Əvvəlcə Qaraqullar kənd sakinlərini 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibəti ilə təbrik edən Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev çıxışında deyib: “Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 19 il ərzində apardığı daxili və xarici siyasət nəticəsində ölkəmiz ərazi bütövlüyünü bərpa edərək iqtisadi və siyasi müstəqilliyə sahib olmaqla, qalib dövlət kimi qətiyyətlə beynəlxalq aləmdə nüfuzunu yüksək səviyyədə daha da artırıb. Qalib Ali Baş Komandan cənab İlham Əliyev qüdrətli lider olaraq dünyada böyük ehtiramla qarşılanır. Belə ki, son günlər cənab Prezidentimizin Bolqarıstanda, Çexiyada, Rusiyada və Qazaxıstanda keçirtdiyi görüşlər bütün dünyanın diqqət mərkəzindədir. Xüsusilə ölkə rəhbərimiz cənab İlham Əliyevin misilsiz xidmətləri sayəsində qəbul olunmuş Praqa bəyanatı İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında ölkələrin ərazi bütövlüyü və suverenliyinin əks olunduğu ilk sənəddir. Bu sənəddə elan edilən müddəalarda Ermənistan Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiqləyir”.

Daha sonra Əhəd Abıyev sakinlərin müraciət və təkliflərini dinləyib. İcra başçısı qaldırılan təklif və müraciətlərin həlli ilə əlaqədar aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlarını verib, əksər müraciətlər yerində həll edilib, bir qismi də icrası üçün aidiyyəti üzrə nəzarətlə qeydiyyata götürülüb.

Qaraqullar kəndi ötən dövrlərdə qazlaşdırılmış, elektrik və rabitə təsərrüfatı yenidən qurulmuş, avtomobil yolu çəkilmiş, körpülər tikilmiş, ərazidə bir sıra sosial layihələr həyata keçirilmişdir.

Səyyari görüşdə iştirak edən kənd sakinləri görülən işlərə, göstərilən diqqətə və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər