Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNİN BAŞÇISI ƏHƏD ABIYEV PİRVERDİLƏR KƏNDİNDƏ VƏTƏNDAŞLARIN QƏBULUNU KEÇİRİB

03 noyabr 2022 | 13:43

Noyabrın 3-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Qabaqtəpə inzibati ərazi dairəsinin Pirverdilər kəndində vətəndaşların səyyar qəbulunu keçirib. Qəbulda rayon hüquq-mühafizə orqanları, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, ərazi icra nümayəndəsi, bələdiyyə sədri və sakinlər iştirak ediblər.

İcra başçısı Əhəd Abıyev giriş nitqi ilə çıxış edərək Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə son illər respublikamızın, o cümlədən Daşkəsən rayonunun sosial-iqtisadi inkişafı, əhalinin rifahının yaxşılaşdırılması, problemlərin həlli istiqamətində görülən tədbirlər, həyata keçirilən layihələr barədə məlumat verib, qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə sakinləri təbrik edib.

Əhəd Abıyev ötən dövrlərdə Pirverdilər kəndi ərazisində görülən işlərdən də danışıb. Bildirib ki, 2015-ci ildə Prezident cənab İlham Əliyevin ad günü münasibətilə ərazidə iki böyük körpünün açılışı olmuş, cari ildə Daşkəsən-Xoşbulaq-Astaf yolunun əsaslı təmiri ilə kəndə gələn yol asfaltlanmışdır. Habelə yaşayış məntəqəsinin elektrik təchizatı yenidən qurulmuş, sakinlərin məşğulluğunun təmin edilməsi üçün bir sıra layihələr icra edilmişdir.

Sonra vətəndaşların müraciətləri dinlənilib. Əhəd Abıyev qaldırılan məsələlərin həllinə dair aidiyyəti qurumlara tapşırıqlarını verib. Müraciətlərin bir qismi yerində həll edilib. Araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürülüb.

Qəbulda iştirak edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər