DAŞKƏSƏNƏ GÜCLÜ QAR YAĞIB
Fevralın 24-də Daşkəsən rayonuna güclü qar yağıb. Hazırda rayon ərazisində intensiv qarın yağması və şaxtalı hava şəraiti davam edir.
Yağan qarın qalınlığı Daşkəsən şəhərində 35-40 santimetr, daha yüksəklikdə yerləşən dağ kəndlərində 55-60 santimetrə çatıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin tapşırığına uyğun olaraq şəhərarası yollarda və səkilərdə, kəndlərarası yollarda və Daşkəsən-Gəncə avtomobil yolunda mütəmadi olaraq qarın təmizləməsi işləri aparılır, qum-duz qarışığı səpilir.
Elektrik enerjisinin, qaz təchizatının və içməli suyun verilişində fasilələr yaranmamışdır.
Rayonun bütün idarə, müəssisə və xidmət sahələri işlərini hava şəraitini nəzərə almaqla qurur.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini