Daşkəsəndə“Uşaq hüquqlarının qorunmasında Ombudsman təsisatının rolu” adlı tədbir keçirilib.
Aprelin 22-də Daşkəsən şəhər A.Mürsəlov adına 2 nömrəli tam orta məktəbdə “Uşaq hüquqlarının qorunmasında Ombudsman təsisatının rolu” adlı tədbir keçirilib.
Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Elxan Hüseynzadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin əməkdaşı Şahmar Verdiyev, Ombudsmanın Qərb Regional Mərkəzin direktoru Səbuhi Abbasov, rayon Təhsil sektorunun müdiri Elmir Cəfərov, müəllimlər və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Çıxış edənlər insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində zəruri tədbirlərin reallaşdırılmasından bəhs ediblər. Uşaq hüquqlarının qorunmasında Ombudsman təsisatının rolundan danışıblar.