Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ “ZƏFƏRİN MÜBARƏK, VƏTƏN” ADLI TƏDBİR KEÇİRİLİB

03 noyabr 2022 | 09:05

Noyabrın 3-də  Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsi Daşkəsən Rayon İcra Hakimiyyəti və Daşkəsən Rayon Mədəniyyət Mərkəzi ilə birgə Vətən müharibəsində şanlı qələbəmizin ikinci ildönümü münasibətilə “Zəfərin mübarək, Vətən” adlı tədbir keçirib.

Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin, SHXÇDX-nin rayon bölməsinin məsul əməkdaşları, mədəniyyət işçiləri, şəhid ailələri, qazilər və məktəblilər iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi və Daşkəsən Şəhidlər Xiyabanı ehtiramla ziyarət edilib, gül dəstələri düzülüb.

Daşkəsən Mədəniyyət Mərkəzində davam edən tədbirdə Dövlət Himni səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyünün qorunması, tarixi torpaqlarımızın azad edilməsi uğrunda qəhrəmanlıq göstərərək canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

SHXÇDX-nin rayon bölməsinin rəisi, polkovnik-leytenant Mirqasım Abbasov giriş sözü ilə çıxış edərək 8 Noyabr – Zəfər Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, 2020-ci ilin sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsinin parlaq səhifələri haqqında məlumat verib. Mirqasım Abbasov həmçinin Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın düşmən tapdağından azad olunduğu 44 günlük Vətən müharibəsində gənclərin ordu sıralarına səfərbər olunmasında SHXÇDX-nin fəaliyyətini xüsusi vurğulayıb.

Şəhid anası Aybəniz Abdullayeva, şəhid atası İlham Cabbarov, Vətən müharibəsi qazisi Ceyhun Əliyev, gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri Yaşar Şirinov və Emin Ələsgərov çıxışlarında Vətən müharibəsi qəhrəmanlarının şücaətindən, şəhid adının müqəddəsliyindən bəhs ediblər. Zəfər Gününün dövlət səviyyəsində təntənə ilə qeyd edilməsinin şəhidlərimizə ehtiramın bariz nümunəsi olduğunu diqqətə çatdırıblar.

Tədbirin sonunda Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli məktəbin şagirdləri vətənpərvərlik mövzusunda şeirlər oxuyublar.

 

Elmar Əliyev – VÜQARLI

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər