Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ YOL HƏRƏKƏTİ QAYDALARI İLƏ BAĞLI MƏKTƏBLİLƏRƏ MAARİFLƏNDİCİ TƏDBİR KEÇİRİLİB

17 fevral 2023 | 17:41

Fevralın 17-də  Daşkəsən Rayon İcra Hakimiyyəti, Daşkəsən Rayon Polis Şöbəsi və rayon üzrə Təhsil sektorunun təşkilatçılığı ilə Yuxarı Daşkəsən qəsəbə Z.Bağırov adına tam orta məktəbdə “Yol hərəkəti qaydaları” adı altında məktəblilərlə görüş təşkil edilib.

Daşkəsən RİHBA-nın Hüquq şöbəsinin müdiri Ruslan Məmmədəliyev bildirib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd şagirdlərə yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması, eləcə də yol hərəkəti qaydaları barədə  maarifləndirmək və onları yol qəzalarından qorumaqdır.

 Daşkəsən Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin baş inspektoru Elşən İsmayılov “Yol hərəkəti haqqında” Qanunun tələbləri, nizam-intizam qaydalarına dair ətraflı məlumatlar verib, şagirdlərin yol hərəkəti qaydalarını bilməsi üçün müəllimlərin və valideynlərin üzərinə böyük məsuliyyətin düşdüyünü vurğulayıb. 

  İnteraktiv formada keçən görüşdə şagirdlər yol hərəkəti qaydalarından bəhs edən plakatlarla, stendlərlə tanış olublar və yol nişanlarının cizgiləri əks olunmuş kağızları karandaşlarla rəngləyiblər.  

   Sonda şagirdləri maraqlandıran müxtəlif suallar cavablandırılıb.

 

  Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər