Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə yeniyetmə və gənc voleybolçularla görüş keçirilib

22 oktyabr 2024 | 17:34

Oktyabrın 22-də Dövlət Gömrük Komitəsinin sədri, Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasovla birgə Daşkəsən məktəblilərindən ibarət voleybolçular üçün keçirilən təlim-məşq toplanışını izləyiblər.

Federasiya prezidenti məşqçilər və idmançılarla söhbət edib, onlar üçün yaradılan şəraitlə tanış olub. Ümumi vəziyyətlə bağlı ətraflı məlumat verilərək bildirilib ki, məşqlər müxtəlif proqramlar üzrə keçirilir və iştirakçılar üçün hər cür şərait yaradılmışdır.

Şahin Bağırov voleybolun inkişafı üçün bu cür məşqlərin əhəmiyyətini qeyd edib, idmançılara məşqlərə ciddi yanaşmalarını, çox çalışmalarını və məşqçilərin tapşırıqlarını düzgün yerinə yetirmələrini tövsiyə edib.

Keçidlər