Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə yaz əkin işlərinə hazırlıqla bağlı kənd sakinləri ilə görüş keçirilib

23 fevral 2024 | 09:24

Daşkəsən rayonunun Quşçu kəndində yaz əkin işlərinə hazırlıqla bağlı kənd sakinləri ilə görüş keçirilib.

Görüşdə Daşkəsən RİHBA-nın  Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Aidə Nağıyevanın  həmin şöbənin böyük məsləhətçiləri Elmin Paşayevin, Gəncə Daşkəsən Regional Məşğulluq Filalının Daşkəsən Rayon Xidmət Şöbəsinin böyük mütəxəssisi Elvin Verdiyev, Daşkəsən Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisi Vüqar Mustafayev və digər  aidiyyəti şəxslərin iştirakı ilə sakinlərlə görüş keçrilmişdir.

Tədbirdə çıxış edənlər bildirib ki, torpaqdan səmərəli istifadə etməklə ondan yüksək gəlir götürülməsi üçün əkinçiliyin təşkilində bir çox məsələlərin düzgün qiymətləndirilməsi və elmi cəhətdən əsaslandırılmış kompleks əkinçilik sisteminin tətbiq edilməsi zərurətini yaradır, müəyyən olunub ki, bölgədə son zamanlar yağıntıların miqdarının az olması, qışda temperaturun xeyli aşağı düşə bilməsi ehtimalı, quraqlığın həm də yüksək temperaturla müşayiət olunması kimi stress amillərin gözlənildiyi şəraitdə düzgün becərmə aqrotexnikasının tətbiqi, stress faktorlara qarşı davamlı sortlardan istifadə etmək, torpaq münbitliyinin qorunub saxlanılmasını təmin edən əkin dövriyyəsinin tətbiqi mühüm şərtlərdir.

Torpağın şumlanması onun alt qatlarının üstə çıxmasına və üst qatdakı üzvi qalıqların aşağı qatlara keçməsinə səbəb olur. Məlum olduğu kimi torpağın üstündəki bitki qalıqlarının çürüməklə minerallaşması prosesi aerob şəraitdə (hava olduğu şəraitdə) gedir və humus əmələ gəlməsi də üst qatlardan aşağıya doğru olur. Bu baxımda şum prosesinin bu prosesləri müəyyən qədər ləngitdiyi görünür.

Eyni zamanda qeyd edilmişdir ki, xüsusilə quraq dəmyə şəraitində bitkilərin kök sisteminin yaxşı inkişaf etməsi və torpağın dərin qatlarına nüfuz edə bilməsi üçün torpağın müəyyən həddə qədər yumşaq və kipliyinin az olması lazımdır. Buradan da şum əməliyyatının həm lazımlı, həm də müəyyən qədər az istifadə olunması görünür. Bu məsələ son illərdə dərindən yumşaldıcı alətlərin, reperlərin tətbiqi ilə öz həllini tapıb. Belə ki, dərindən yumşaldıcı alətlər torpağı çevirmədən onu yumşaldır ki, bu da bitkilərin kök sisteminin yaxşı inkişaf etməsi üçün şərait yaradır.

Görüşdə çıxış edən kənd sakinləri onları narahat edən problemlərdən söz açıb, görülən işlər barədə fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər.

Onların müraciətləri və təklifləri qanunamüvafiq cavablandırılıb.

Keçidlər