Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ümumrayon iməciliyi keçirilib və əhali arasında növbəti ekoloji maarifləndirmə aparılıb.

08 mart 2024 | 09:33

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq martın 7-də Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazində iməcilik keçirilib, əhali arasında ekoloji maarifləndirmə işləri də aparılıb.

Başlıca məqsədi ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması olan ümumrayon iməciliyində idarə, müəssisə və xidmət təşkilatlarının kollektivləri, YAP fəalları, ictimaiyyət nümayəndələri və sakinlər böyük həvəslə iştirak ediblər. İməcilik çərçivəsində müxtəlif ərazilərdə və yol kənarlarında təmizlik işləri aparılıb, ağacların dibləri bellənib, suvarılıb, yaşıllığa qulluq göstərilib, yeni gül kolları əkilib, səliqə-sahman yaradılıb.

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov ümumrayon iməciliyi ilə bağlı deyib: “Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı tərəfdaşı kimi qlobal problemlərin həllində daim aktiv rol oynayır, o cümlədən iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP 29-un 2024-cü ildə Azərbaycanda keçirilməsi haqqında qəbul edilən qərar çox mühüm tarixi hadisədir. Bu mötəbər tədbirə Azərbaycanın ev sahibliyi etməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin böyük qələbələrindən biridir. Bütün dünya ölkələri tərəfindən qəbul edilən bu qərar ölkəmizə göstərilən böyük etimadın və inamın növbəti bariz nümunəsidir. Möhtərəm Prezidentimiz tərəfindən 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili”nin elan olunması isə ölkəmizin bu istiqamətdə apardığı işlərə daha da təkan verəcəkdir. Bütün respublikamızda olduğu kimi Daşkəsən rayonunda da yaşıllaşdırma, ətraf mühitin mühafizəsi artıq kütləvi davamlı prosesə, vətəndaş vərdişinə çevrilmişdir”.

Rayon ərazisində bu cür iməciliklərin keçirilməsi və yaşıllıqların artırılması istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulub.

Keçidlər