Daşkəsəndə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində toplanan kağız tullantıları “Azersun Holdinq”in təkrar emal müəssisəsinə təhvil verilib
02 iyul 2024 | 14:27
Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı” nın 4.8-ci bəndinin Daşkəsən rayonunda icrasını təmin etmək üçün toplanmış kağız tullantıları “Azersun Holdinq” MMC-nin təkrar emal müəssisəsinə göndərilib.
Aksiyanın məqsədi rayon ərazisində tullantıların idarə olunması ilə bağlı ekoloji maarifləndirməni gücləndirmək, təkrar emalı təşviq etmək yolu ilə ağacların və təbii sərvətlərin qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına töhfə verməkdir.
Aksiya çərçivəsində rayon ərazisindən toplanmış 2 tona yaxın kağız tullantı “Azersun Holdinq” MMC-nin Gəncə filialında qəbul edilib.