Daşkəsəndə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ümumrayon iməciliyi keçirilib və əhali arasında ekoloji maarifləndirmə aparılıb
Oktyabrın 9-da Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində rayon ərazində kütləvi iməcilik keçirilib, əhali arasında ekoloji maarifləndirmə işləri aparılıb.
Başlıca məqsədi ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması olan ümumrayon iməciliyində idarə, müəssisə və xidmət sahələrinin kollektivləri, YAP fəalları, ictimaiyyət nümayəndələri və sakinlər böyük həvəslə iştirak ediblər. Ərazilərdə və yol kənarlarında təmizlik işləri aparılıb, ağacların dibləri bellənib, suvarılıb, yaşıllığa qulluq göstərilib, səliqə-sahman yaradılıb.
Rayon ərazisində iməciliklərin keçirilməsi və yaşıllıqların artırılması istiqamətində işlərin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulub.