Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Ətraf mühitin və yaşıllıqların qorunması” mövzusunda sakinlərlə görüş keçirib

27 fevral 2024 | 17:54

16.02.2024-cü il tarixdə rayonun Əmirvar kəndində Daşkəsən RİHBA-nın məsul əməkdaşları Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Aidə Nağıyevanın,  həmin şöbənin böyük məsləhətçiləri Elmin Paşayevin, Ayaz Allahyarovun, kənd İƏDÜN-si Rüfət Bədəlovun və digər  aidiyyəti şəxslərin iştirakı ilə sakinlərlə görüş keçrilmişdir.

Tədbirdə çıxış edən Aidə Nağıyeva bildirib ki, möhtərəm Prezident cənab İlham Əliyev 2023-cü il 25 dekabr tarixində 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda Azərbaycanın beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyi qeyd olunub, eyni zamanda, respublikamızın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair 5 milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyənləşdirildiyi bildirilib.

Azərbaycanda yüksək keyfiyyətli ekoloji mühitə və yaşıl enerji məkanına nail olmaq üçün ərazi bütövlüyümüzün bərpa olunduğu son 3 il ərzində iqtisadi artımla ekoloji mühitin tarazlığının təmin olunması, ölkədə ümumi ərazilərdə yaşıllıqların payının artırılması istiqamətində konkret addımlar atılır. Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı üçün böyük bir potensial mövcuddur. Bu gün dövlətin prioritetlərindən biri işğaldan azad olunan  ərazilərimizin iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsidir.

Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin böyük məsləhətçisi Elmin Paşayev görüşün  əhəmiyyətini qeyd edərək deyib ki,  ərazidə  ekologiyanın qorunmasına və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm verilmişdir. Abadlıq və təmizlik ənənələrini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etmək əsas məqsədlərmizdən  biridir.

Çıxış edən kənd sakinləri onları narahat edən problemlərdən söz açmış, görülən işlər barədə fikirlərini bölüşüb, təkliflərini səsləndiriblər. Onların müraciətləri və təklifləri qanunamüvafiq cavablandırılıb.

Keçidlər