Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Xocalı soyqırımı ilə əlaqədar dəyirmi masa keçirilib.

26 fevral 2024 | 15:29

Fevralın 26-da Daşkəsən Rayon İcra Hakimiyyətində rayonun idarə və müəssisə kollektivlərinin, şəhid ailə üzvlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan toplantı təşkil edilib.

 Əvvəlcə Xocalı soyqırımı qurbanlarının və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik  sükutla anılıb.

Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov tədbirdə çıxış edərək bildirib ki, Xocalı soyqırımından 32 il keçir. Amma illər ötdükcə bu dəhşətli hadisə hər birimizin yaddaşına əbədi həkk olunur. Tarixdə öz miqyasına görə analoqu olmayan Xocalı qətliamını törətməkdə erməni şovinistləri qəddarlıqda faşistlərdən geri qalmadıqlarını bir daha təsdiqlədilər. Həmin gün erməni silahlı birləşmələri faşistlərdən də qəddar olduqlarını açıq şəkildə dünyaya nümayiş etdirdilər. 32 il keçməsinə baxmayaraq, faciənin acı nəticələrini unutmamalı, daim yadda saxlamalıyıq və gələcək nəsillər də erməni qəddarlığı barədə məlumatlandırılmalıdır.

Azərbaycan xalqı hər il Xocalı soyqırımı­nı böyük kədər, qəm-qüssə ilə anır, şəhidlərimizin ruhuna dualar oxu­yur. Artıq 4 ildir soyqırımının ildönümü ilk dəfədir ki, fərqli şəkildə anılır. Çünki 30 il əvvəl ermənilər tərəfindən işğal edilmiş torpaqlarımız azadlığa qovu­şub. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Ermənistanın iş­ğalçılıq siyasətinə son qoydu. Düşməni işğal etdiyi ərazilərimizdən qovdu. Xalqımıza qarşı 200 ildən artıq müddətdə düşmənçilik siyasəti yeridən qəddar Ermənistan ordusu darmadağın edildi. 

44 günlük Vətən müharibəsi Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuzun parlaq Zəfəri ilə başa çatdı. Rəşadətli Azərbaycan Ordusunun qarşısında aciz qalan Ermənistanın siyasi və hərbi rəhbərliyi kapitulyasi­ya aktını imzalamağa məcbur oldu. Qarabağ Zəfəri milyonlarla insanın qəlbindəki ağrını azaltmaqla ya­naşı, Xocalı soyqırımını törədən cinayətkarların ədalət məhkəməsi qar­şısında cavab verəcəkləri inamını daha da artırdı. Prezidentimizin qətiyyəti, ölkəmizin beynəlxalq aləmdə getdikcə artan reytinqi, mövqeyimizin möhkəmləndirilməsi və əlaqələrimizin daha da genişləndirilməsi də təsdiqləyir ki, o gün çox da uzaqda deyil.

Xocalı soyqırımının dünyada tanıdılması, bu şəhərin sakinlərinə qarşı törədilən erməni vəhşilikləri haqqında həqiqətlərin dünyaya çatdırılması məqsədilə müvafiq tədbirlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılır. Dövlət başçısı mütəmadi olaraq Xocalı faciəsi qurbanlarını anma mərasimlərində, müxtəlif rayon və qəsəbələrdə soyqırımı abidələrinin açılışında iştirak edir. Bu, Azərbaycan xalqının başına gətirilən faciələrə ən yüksək səviyyədə verilən qiymətin göstəricisidir. Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycanın hər yerində, o cümlədən dünyanın bir çox dövlətlərində müxtəlif tədbirlər keçirilir, soyqırımı qurbanlarının xatirəsi dərin ehtiramla yad edilir. 

Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər çərçivəsində Heydər Əliyev Fondunun fəaliyyətini də xüsusi qeyd etmək lazımdır. Fondun prezidenti hörmətli Mehriban xanım Əliyevanın və Fondun vitse-prezidenti hörmətli Leyla xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası da səmərəli nəticələr verir. Kampaniya çərçivəsində Xocalı faciəsinə həsr olunmuş konfranslar, tədbirlər keçirilir, bu istiqamətdə xüsusi təbliğat aparılır. Aksiyalarda “Xocalı soyqırımı” filmi, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən fotoşəkillər, müxtəlif illərdə xarici ölkələrin nüfuzlu nəşrlərində Xocalı faciəsi haqqında dərc edilmiş materiallar təqdim olunur.

Ən başlıcası isə Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 30 il işğal altında qalan torpaqlarımızı azad etdi və “Dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Xocalı faciəsi qurbanlarının da qisasını aldı. 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan təmizləndi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Beləliklə, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, Vətən yenidən bütövləşdi. Böyük qürur və fəxarətlə bu il Xocalı soyqırımı qurbanlarını düşməndən, separatizmdən azad olan Xocalıda da yad edirik. Artıq, Xocalı soyqırımı qurbanlarının və bütün şəhidlərimizin ruhu şaddır.

Ümummilli lider Heydər Əliyev Xocalı faciəsini soydaşlarımıza qarşı soyqırımı adlandırmışdır: “Xalqımızın qəhrəman, igid övladları torpaqlarımızın müdafiəsi uğrunda vuruşaraq şəhid oldular. Ancaq bütün bu tarixin içində Xocalı faciəsinin xüsusi yeri var. O da ondan ibarətdir ki, bir tərəfdən bu, hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən də Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır – vəhşiliyin görünməmiş bir təzahürüdür”.

Rayon Ağsaqqallar Şurasının sədri Cavanşir Qocayev anım günü iştirakçıları qarşısında çıxış edərək xüsusi vurğulamışdır ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun da xüsusi xidmətləri vardır. Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri vasitəsilə ABŞ, Cənubi Afrika Respubli­kası, Koreya Respublikası, Belarus, Çe­xiya, Fransa, Gürcüstan, İndoneziya, İs­veç, İngiltərə, İsrail, İordaniya, Kanada, Qətər, Qazaxıstan, Özbəkistan və Ya­poniyada təqdim olunan 17 ekspozisiya və nəşrlərlə yanaşı, Avstriya, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İran, İspani­ya, Macarıstan, Səudiyyə Ərəbistanı, Türkiyə və Türkmənistan ictimaiyyəti də Xocalıda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri qanlı cinayət və vandalizm aktları barədə geniş məlumat əldə etmişdir. Xocalı faciəsi barədə dün­ya ictimaiyyətinə dolğun və geniş məlumatlar verilməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının fəaliyyəti də yüksək qiymətə layiqdir. Bu kam­paniya çərçivəsində dünyanın müxtəlif ölkələrində mitinqlər, yürüşlər və tədbirlər təşkil olunmuşdur. Kampani­yanın əsas məqsədi Xocalı qətliamının insanlığa qarşı törədilmiş ən böyük cinayət kimi beynəlxalq ictimaiyyət tərəfindən tanınmasıdır.

Şəhid atası Etibar Cəfərov və Rayon Gənclər və İdman sektorunun rəisi Samir Həsənov çıxışlarında qeyd etmişlər ki, 27 sentyabr 2020-ci il tarixində xalqımız ermənistanın növbəti təxribatlarına cavab verməklə yanaşı, əzəli torpaqlarının işğaldan qurtarıl­ması, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinin yerinə yetirilməsi və tarixi ədalətin bərpa edilməsi uğrunda Vətən müharibəsinə qalxdı. 44 günlük Vətən müharibəsinin gedişatında işğalçı Ermənistan ordusu öz vəhşiliyini bir daha sübut etdi və beynəlxalq hüquq normalarını kobud şəkildə pozaraq, dinc əhaliyə qarşı yenidən qəddarlıq, amansızlıq nümayiş etdirdi. Gəncəni, Bərdəni, Naftalanı, Tərtəri, Mingəçeviri, digər şəhər və kəndlərimizi kütləvi məhvetmə imkanlarına malik ballistik və reaktiv raketlərlə, kasetli bombalar­la hədəfə alaraq, bir daha sübut etdi ki, mülki əhaliyə qarşı qanlı cinayətlər törətmək Ermənistan tərəfinin daim həyata keçirdiyi dövlət siyasətidir. Bu vəhşiliklərə baxmayaraq, Rəşadətli Azərbaycan Ordusu Ermənistana layiq olduğu yeri göstərdi və düşmən üzərində parlaq Zəfər qazanaraq doğma torpaqlarımızı işğaldan azad etdi. Xocalıların, o cümlədən, bütün şəhidlərimizin qisası alındı.

Digər çıxış edənlər də faciənin baş verdiyi tarixi dövr və onun səbəbləri haqqında məlumat verərək vurğulamışlar ki, bu gün Xocalı soyqırımını dünyaya çatdırmaq, beynəlxalq müstəvidə tanınmasına nail olmaq hamının borcudur. Xalqımız heç vaxt Xocalı faciəsini unutmayacaq. Bu dəhşətli faciəni törədənlər ədalət məhkəməsinə çəkilməlidirlər.

Tədbirin sonunda möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərlərini və Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmasını əks etdirən videoçarxa baxış keçirilib.

Keçidlər