Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ XALÇA İSTEHSALI SAHƏLƏRİNİN YARADILMASI İLƏ BAĞLI MAARİFLƏNDİRİCİ TƏDBİR KEÇİRİLİB

20 dekabr 2022 | 17:19

Dekabrın 20-də Daşkəsən Rayon İcra Hakimiyyəti Daşkəsən KOB dostu ilə birgə rayonun Quşçu kəndində xalçaçılarla görüş keçirib.

            Görüş Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.1.26-cı bəndinin (xalçaçılığın inkişafının dəstəklənməsi, o cümlədən xammal təminatının və xalça istehsalı sahələrinin yaradılması ilə bağlı tədbirlərin davam etdirilməsi) icrası məqsədi daşıyıb.

            Giriş nitqi ilə çıxış edən Daşkəsən RİHBA-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Aidə Nağıyeva bildirib ki, Azərbaycan xalq tətbiqi sənətinin qollarından biri olan milli xalçaçılıq mədəniyyəti tariximizdə özünəməxsus yer tutur. Xalça xalqımızın məişətində təkcə qiymətli əşya deyil, onu sənət əsəri, istilik, gözəllik, hədiyyə, müalicə vasitəsi sayırıq. Azərbaycan xalçalarını Avropaya sevdirən onun kompozisiya baxımından zənginliyi, toxunuşunun orijinallığı və bir də təbii boyaqdan istifadə olunmasıdır. Bilirik ki, süni boyaqla toxunan xalça keyfiyyətsiz olur. Sovet dövründə Azərbaycan xalçaları daha çox valyuta gətirirdi deyə, kütləvi istehsala üstünlük verilirdi. Bu üzdən də yerli xüsusiyyətlər, məktəblərin ənənələri itməyə başladı. Nəticədə bazarlarda sex məhsulları olan ucuz, sintetik xalça və gəbələr çoxaldı. Lakin son illər ərzində əl ilə toxunan Azərbaycan xalçalarına dünyada tələbat artmışdır. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən bu sahənin inkişafı daim diqqətə saxlanılır, ardıcıl tədbirlər görülür. Daşkəsən rayonunda da xalçaçılıq ənənəsinin yaşadılması və qorunması məqsədilə mütəmadi olaraq maarifləndirmələr və digər tədbirlər həyata keçirilmişdir. Belə ki, rayonda yaşayan xalçaçıların siyahısı tərtib olunmuş, onların qayğıları öyrənilmiş və bu barədə aidiyyəti qurumlara məlumat verilmişdir.  

            Daşkəsən KOB dostu Muraz Məmmədov isə çıxışında xalçaçılara biznesə başlamaq, sahibkarlığın əsasları, satış, marketinq və s. mövzularda iştirakçılara məlumat verib. Qeyd edib ki, xalçaçılıqla bağlı təlimlər KOBİA, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən birgə həyata keçirilir. Layihənin məqsədi biznes bacarıqlarının inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinin təşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, mikro və kiçik sahibkarlar arasında peşə təhsili almış maraqlı vətəndaşların sayının artırılması, yeni biznes təşəbbüslərinin dəstəklənməsidir.

            Görüşdə iştirakçıları maraqlandıran müxtəlif suallar cavablandırılıb, müraciətlər qeydə alınıb.  

 

Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər