Daşkəsəndə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqi ilə bağlı növbəti təlim keçirilib
Noyabrın 28-də Daşkəsən Rayon İcra Hakimiyyətinin akt zalında inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşlarının iştirakı ilə təşkil olunmuş təlimdə RİHBA-nın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Orxan Həsənov və rayon Qeydiyyat Şöbəsinin rəisi Ceyhun Qurbanov “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqi” mövzusunda məruzə ilə çıxış ediblər.
Təlimin məqsədi Azərbaycan Respublikası Prezidentinin “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı sahəsində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” 23 sentyabr 2020-ci il tarixli 1160 nömrəli Fərmanının 8-ci bəndinin, yəni RİHB-nin inzibati ərazi dairələri üzrə nümayəndəlikləri tərəfindən doğumun və ölümün dövlət qeydiyyatı ilə bağlı sənədlərin elektron sənəd formasında tərtib edilməsi, eləcə də bələdiyyələrlə birlikdə vətəndaşların dəfni barədə məlumatların həmin gün Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri İnformasiya Sisteminə və Dəfnlərin vahid dövlət reyestrinə daxil edilməsinə dair görülən işlərin mövcud vəziyyətini müzakirə etmək olub.
Müzakirə şəraitində keçən təlimdə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, doğumun, nikahın və ölümün dövlət qeydiyyatı ilə bağlı məlumatların müvafiq informasiya sisteminə ötürülmə forması əyani izah edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.