Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ ŞƏHRİYAR ABDULLAYEV VƏ NOVRUZ İSMAYILOV ANILIB

13 oktyabr 2022 | 12:24

Oktyabrın 13-də Daşkəsən Şəhidlər Xiyabanında keçirilən Vətən müharibəsi şəhidlərimiz gizir Abdullayev Şəhriyar Kamil oğlunun anım mərasimində və gizir İsmayılov Novruz Nürəddin oğlunun 35-ci doğum günündə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Daşkəsən və Kəlbəcər rayonlarının hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri, rayonun şəhid anaları və qazilər iştirak ediblər.

Əvvəlcə Şəhidlərin məzarları ziyarət olunub, gül dəstələri düzülüb, dualar oxunub. 

İcra başçısı Əhəd Abıyev Şəhidlərin ailələrinə rayon ictimaiyyəti adından bir daha başsağlığı verib, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən danışıb, ölkə rəhbərinin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın şəhid ailələrinin, qazilərin və müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxladıqlarını vurğulayıb.

İcra başçısı Azər Qocayev isə qeyd edib ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçərək müqəddəs şəhidlik zirvəsinə ucalmış Vətən övladlarımızın xatirəsi daim əziz tutulduğu kimi, onların ailə üzvləri də hər zaman dövlət qayğısı ilə əhatə olunacaqlar.

Şəhid Şəhriyar Abdullayevin atası Kamil Abdullayev, anası Firuzə Abdullayeva və  Şəhid Novruz İsmayılovun atası Nürəddin İsmayılov, anası Qəmilə İsmayılova ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını və buna görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Sonra Daşkəsən Şəhidlər Xiyabanında ehsan süfrəsi açılıb. 

 

Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər