Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ ASİF TAĞIYEV VƏ RAMİD TAĞIYEV ANILIBLAR

18 noyabr 2022 | 12:15

Noyabrın 18-də Daşkəsən Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidləri kiçik çavuş Tağıyev Asif Zakir oğlunun və kiçik çavuş Tağıyev Ramid Yaqub oğlunun anım mərasimləri keçirilib. Şəhidlərin ildönümü günlərində Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX-nin rayon bölməsinin rəisi, Şəhidlərin valideynləri, rayonun şəhid valideynləri, qazilər, ziyalılar, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidlərin xatirəsi yad edilib, dualar oxunub, məzarlarına güllər düzülüb.

Daşkəsən  Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Namiq Süleymanov Şəhidlərin ailələrinə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin və rayon ictimaiyyətinin adından bir daha başsağlığı verib, səbir diləyib. Həmçinin Şəhidlərin şərəfli həyatlarından və döyüş yollarından geniş söz açıb.

Şəhid Asif Tağıyevin anası Nəzakət Tağıyeva,  şəhid Ramid Tağıyevin anası Zərniyar Tağıyeva ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər