DAŞKƏSƏNDƏ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ VÜSAL CƏFƏROV ANILIB
Dekabrın 18-də Daşkəsən Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi kiçik çavuş Cəfərov Vüsal Saxləddin oğlunun anım mərasimi keçirilib. Şəhidin ildönümündə Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhidin ailə üzvləri, rayonun şəhid valideynləri, qazilər, ziyalılar, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhid Vüsal Cəfərovun xatirəsi yad edilib, dualar oxunub, məzarına güllər düzülüb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Elmar Əliyev Şəhidin ailəsinə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin və rayon ictimaiyyətinin adından bir daha başsağlığı verib, səbir diləyib. Həmçinin şəhid Vüsal Cəfərovun şərəfli həyat və döyüş yolundan söz açıb.
Digər çıxış edənlər də Şəhidin həyatından və keçdiyi döyüş yolundan danışıblar.
Şəhid Vüsal Cəfərovun atası Saxləddin Cəfərov, anası Zeynəb Cəfərova ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini