Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Vətən müharibəsi şəhidi Tacəddin Abbasov anılıb

26 oktyabr 2024 | 12:06

Oktyabrın 26-da Vətən müharibəsi şəhidi əsgər Abbasov Tacəddin Vüqar oğlunun Daşkəsən Şəhidlər Xiyabanında keçirilən anım günündə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, şəhidin ailə üzvləri, yaxınları, şəhid ailələri, veteranlar, qazilər, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidin məzarı ziyarət edilib, gül dəstələri düzülüb, dualar oxunub.

İcra başçısı Orxan Abbasov Daşkəsən rayon ictimaiyyəti adından Tacəddin Abbasovun ailəsinə bir daha dərin hüznlə başsağlığı verib, şəhidin şərəfli həyatından və döyüş yolundan söz açıb. Eyni zamanda vurğulayıb ki, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər və  birgünlük lokal antiterror tədbirlərinin uğurlu nəticəsi 30 ildən artıq müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimizin qapılarını Böyük Qayıdışa açmışdır. Şanlı Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində üçrəngli bayrağımızın Qarabağın hər tərəfində dalğalanması, suverenliyimizin bərpası tarixi hadisədir və bu gün biz qalib xalqın nümayəndələri, qalib dövlətin vətəndaşlarıyıq.

Şəhidin anası Həmidə Abbasova ailəsinə göstərilən diqqət və qayğıya, dövlətin şəhid ailələrinə yaratdığı hər cür lazımi şəraitə görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Keçidlər