Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ RÜSTƏM İSMAYILOV ANILIB

17 dekabr 2022 | 10:58

Dekabrın 17-də Daşkəsən Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi MAXE əsgər İsmayılov Rüstəm Üzeyir oğlunun anım mərasimi keçirilib. Şəhidin ildönümündə Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhidin ailə üzvləri, rayonun şəhid valideynləri, qazilər, ziyalılar, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhid Rüstəm İsmayılovun xatirəsi yad edilib, dualar oxunub, məzarına güllər düzülüb.

Daşkəsən  Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov Şəhidin ailəsinə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin və rayon ictimaiyyətinin adından bir daha başsağlığı verib, səbir diləyib. Həmçinin şəhid Rüstəm İsmayılovun  şərəfli həyat və döyüş yolundan söz açıb.

 Şəhid Rüstəm İsmayılovun anası Nübar İsmayılova ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. 

Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər