Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ RÖYAL VERDİYEV ANILIB

03 dekabr 2022 | 12:51

Dekabrın 3-də Daşkəsən Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi əsgər Verdiyev Röyal Qabil oğlunun anım mərasimi keçirilib. Şəhidin ildönümündə Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, SHXÇDX-nin rayon bölməsinin rəisi, Şəhidin valideynləri, rayonun şəhid valideynləri, qazilər, ziyalılar, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhid Röyal Verdiyevin xatirəsi yad edilib, dualar oxunub, məzarına güllər düzülüb.

Daşkəsən  Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov Şəhidin ailəsinə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin və rayon ictimaiyyətinin adından bir daha başsağlığı verib, səbir diləyib. Həmçinin şəhid Röyal Verdiyevin şərəfli həyatdan və döyüş yolundan söz açıb.

Şəhidin atası Qabil Verdiyev, anası Sevda Verdiyeva şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 

Elmar Əliyev – Vüqarlı
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər