DAŞKƏSƏNDƏ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ ORXAN CƏFƏRLİ ANILIB
Dekabrın 9-da Daşkəsən Şəhidlər Xiyabanında Vətən müharibəsi şəhidi gizir Cəfərli Orxan Etibar oğlunun anım mərasimi keçirilib.
Şəhidin ildönümündə Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhidin valideynləri, rayonun şəhid valideynləri, qazilər, ziyalılar, sakinlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhid Orxan Cəfərlinin xatirəsi yad edilib, dualar oxunub, məzarına güllər düzülüb.
Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Məmmədov Şəhidin ailəsinə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin və rayon ictimaiyyətinin adından bir daha başsağlığı verib, səbir diləyib. Həmçinin şəhid Orxan Cəfərlinin şərəfli həyatdan və döyüş yolundan söz açıb.
Şəhidin atası Etibar Cəfərov və anası Zəriş Cəfərova ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Elmar Əliyev
Daşkəsən RİHBA-nın İctimai-siyasi və
humanitar məsələlər şöbəsinin müdir müavini