Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə velosipedçilər üçün xüsusi zolaqların salınmasına başlanılıb

23 dekabr 2023 | 08:52

Ətraf mühitin qorunmasında, yol tıxaclarının azaldılmasında, insan həyatının sağlamlığı üçün mühüm rol oynayan nəqliyyat vasitələrindən biri də velosipedlərdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda avtomobil yollarında və küçə-yol şəbəkəsində velosiped zolaqlarının və duracaqlarının yaradıla biləcəyi ərazilərin müəyyən edilməsi, bununla bağlı müvafiq təkliflərin hazırlanması və tədbirlərin görülməsi nəzərdə tutulmuşdur.

Daşkəsən şəhərinin dağ yamacında, dəniz səviyyəsindən 1700 m yüksəklikdə yerləşməsi, küçə və yollarda sərt eniş-yoxuşların olması və çoxmərtəbəli yaşayış binalarının inşa edilməsi küçələrin genişləndirilməsinə imkan vermir.  Eyni zamanda şəhərin bütün küçə və yollarında ikitərəfli hərəkət təşkil olunduğundan  qanunvericiliyin tələbləri gözlənilməklə  velosiped zolaqları və duracaqlarının yaradılması əksər küçələrdə mümkün deyil.

Buna baxmayaraq əhalinin velosiped sürməyə artan marağının, bunun insanların sağlamlığı və ətraf mühitin mühafizəsi baxımından əhəmiyyətini artırmaq məqsədilə velosipedçilərin rahat surətdə hərəkəti üçün Daşkəsən şəhərində ilkin olaraq şəhər avtovağzalının ərazisində bununla bağlı nişanlanma işlərinə başlanıb. Hazırda rayonun digər ərazilərində də velosiped yollarının və zolaqlarının salınması ilə bağlı yollar təhlil olunur.  

Bu işlərin davam etdirilməsi nəzərdə tutulub.

Velosipeddən istifadənin ekoloji, iqtisadi, sağlamlıq baxımından əlverişli olduğunu bildiyimiz kimi, velosipedçinin də yol hərəkətinin ən müdafiəsiz iştirakçılarından biri olduğunu unutmamalıyıq. Qanunvericiliyin tələbinə əsasən velosipedçilər xüsusi velosiped zolaqları ilə, bunlar olmadıqda isə yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol ciyinləri ilə hərəkət etməli, idarə etməyə maneə olan yük və ya sərnişin daşımamalı, velosiped isə texniki cəhətdən saz və lazımınca təchiz edilmiş olmalıdır. Bununla yanaşı, velosipedçilər təhlükəsizlik dəbilqələrindən istifadə etməli, yol hərəkəti qaydalarını bilməli və yerinə yetirməli, xüsusilə sutkanın qaranlıq vaxtı, yaxud məhdud görünmə şəraitində digər hərəkət iştirakçılarının onları aydın görə bilmələri üçün tədbirlər görməli, özlərinə və başqalarına təhlükə yaratmamalıdırlar.

Keçidlər