Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə uşaqların sağlam inkişafında patronaj xidmətinin əhəmiyyətinə həsr edilmiş maarifləndirici tədbir keçirilib

16 fevral 2024 | 17:44

Fevralın 16-da Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə TƏBİB-in tabeliyindəki Daşkəsən Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Mirzəkərim Tağıyevin, Gəncə TƏBİB üzrə kurator Xalidə Sadıqovanın, rayonun ailə sağlamlıq mərkəzlərinin, kənd həkim məntəqələrinin, tibb məntəqə müdirlərinin, ailə həkimi-pediatrların və tibb bacılarının iştirakı ilə tədbir keçirilib.

Tədbirdə azyaşlı uşaqlar, hamilə və zahı qadınlar üçün tədbirlər planı, patronaj xidmət, patronaj xidməti zamanı problemlə nəticələnə bilən risklərin vaxtında aşkarlanması, antenatal qulluq, EKO xəritə, erkən yaşlı uşaqların patronaj xidmətinin keyfiyyətinin yüksəldilməsi, universal proqressiv modelin təhlili, ataların patronaj xidmətə cəlb edilməsi, hamilə və 0-3 yaşlı uşaqların qiymətləndirmə vərəqəsi və digər mövzularla bağlı ətraflı məlumatlar verilib. Habelə hamiləlik və erkən uşaqlıq dövrünün uşağın gələcək həyatında rolu, uşağın xoşbəxt böyüməsi üçün sağlam, təhlükəsiz və qayğıkeş mühitin yaradılmasında patronaj xidmətlərin əhəmiyyəti, eləcə də uşağın tərbiyəsində ataların rolu barədə təqdimatlar edilib.

Vurğulanıb ki, tədbirin məqsədi patronaj xidmət üzrə təlimləndirilmiş tibb bacıları – ev ziyarətçiləri vasitəsi ilə hamilə qadınlar və 0-3 yaşlı uşaqların ailələrinə səfərlər edərək uşağın inkişafına neqativ təsir edə biləcək amilləri aşkarlamaq, ana südünün, düzgün qidalanmanın əhəmiyyətini aşılamaq, ailədə olan sosial, psixoloji, iqtisadi, sağlamlıq problemlərini üzə çıxarmaq və sosial işçilərin dəstəyi ilə problemlərin aradan qaldırılması istiqamətində ailə üzvləri ilə birgə iş aparmaq, eləcə də yerli icmalarda maarifləndirmə tədbirlərini təşkil etməkdir. 

Sonda patronaj xidmət barədə tibb işçiləri ilə müzakirələr aparılıb və suallar cavablandırılıb.

Keçidlər