Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi məqsədilə təlimlər təşkil olunub

18 aprel 2024 | 12:09

Daşkəsən Rayon İcra Hakimiyyəti  tərəfindən rayonda Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.1.4-cü (Uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi (təlimlər və qısamüddətli kurslar təşkil etməklə) bəndinin icrası ilə bağlı işlər davam etdirilir.

Bu məqsədlə RİHBA-nın Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyasının təşkilatçılığı ilə təlimlər keçiririlib.Təlimdə rayonun ümumtəhsil məktəblərinin psixoloqları, uşaq birliklərinin rəhbərləri, məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri, uşaqlarla iş sahəsində çalışan müəssisələrin əməkdaşları iştirak ediblər.

Praktik və nəzəri hissədən ibarət olan təlim zamanı iştirakçılara ölkəmizdə uşaq hüquqları sahəsində aparılan dövlət siyasəti, habelə uşaq hüquqları ilə bağlı qəbul edilən qərarlar, hər bir uşağın ehtiyaclarına uyğun inkişaf planı hazırlamaq, uşağın nitq, qavrama, kiçik və böyük motor bacarıqları, davranış sahəsində funksional bacarıqlarını qiymətləndirməyə lazım olan alətlər, uşaqlarda öyrənmə və inkişaf prosesləri barədə ətraflı məlumatlar verilib.Həmçinin çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların aşkarlanması, onların sosial müdafiəsi, reabilitasiyası, cəmiyyətə inteqrasiyası sahəsində tədbirlərin həyata keçirilməsi, həyatın bütün sahələrində uşaqlara qarşı zorakılıq hallarının baş verməməsi üçün edilməsi vacib olan məsələlər diqqətə çatdırılıb, iştirakçılara öz iş fəaliyyətlərində bu məsələləri nəzərə almaları tövsiyə edilib.

Təlim çərçivəsində uşaq hüquqlarının müdafiəsi üzrə müxtəlif mövzular ətrafında və Fəaliyyət Planının müəyyən etdiyi məsələlər istiqamətində müzakirələr aparılıb, suallar cavablandırılıb.

Keçidlər