Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

DAŞKƏSƏNDƏ “UŞAQ HÜQUQLARI: ÖYRƏNƏK VƏ ÖYRƏDƏK!” MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB

12 dekabr 2022 | 14:58

Dekabrın 7-dən 9-na kimi Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən rayonda uşaq hüquqlarının müdafiəsi ilə əlaqədar olan qurumların əməkdaşları – həkimlər, müəllimlər, sosial işçilər və polis əməkdaşları üçün uşaq hüquqlarının müdafiəsi üzrə mütəxəssis hazırlığının təmin edilməsi məqsədi ilə 3 günlük təlimlər təşkil olunub.

 Təlimlər Azərbaycan Respublikası Prezidentinin 2020-ci il tarixli 27 noyabr tarixli 2306 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.1.4-cü bəndinin tələbləri əsasında keçirilib.

RİHBA-nın YYÇİHMK-nın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Rəşad Qurbanov ilə RİHBA-nın Hüquq şöbəsinin məsləhətçisi Əli İsmayılovun apardıqları təlimlər zamanı iştirakçılara uşaq hüquqlarına dair mövcud normativ hüquqi aktlar və hüquqi müdafiə vasitələri haqqında məlumat verilib, ayrı-seçkiliyin formaları və onunla mübarizə üsulları, uşaqların istismar, sui-istifadə, laqeyd rəftar və zorakılıqdan müdafiəsi, erkən nikah, uşaq əməyi, zərərli təsirlərdən mühafizə məsələlərinə toxunulub.

Rayonda uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi məqsədi ilə təlimlərin və qısamüddətli kursların təşkili davam etdiriləcəkdir.

 

Elmar Əliyev – Vüqarlı

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

humanitar məsələlər şöbəsinin müdir müavini

Keçidlər