Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

12 dekabr 2023 | 17:02

Daşkəsən Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Daşkəsən rayon təşkilatı ilə birgə 12 dekabr - Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirib.

Daşkəsən Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və məsul işçiləri, şəhid valideynləri, qazilər, rayon YAP fəalları, ictimaiyyət nümayəndələri  Ümummilli lider Heydər Əliyevin rayonun mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər.

Sonra rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin  müxtəlif dövrlərini əks etdirən fotostendlərə və sənədlərə baxış keçirilib.

Tədbirdə çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının vəzifə səlahiyyətlərini müvəqqəti icra edən Vüqar Məmmədov bildirib ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş Ulu Öndər Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarix yaradan şəxsiyyətdir. Müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz həyat məktəbidir. Azərbaycan xalqı onun taleyində və tarixində silinməz izlər qoymuş dahi şəxsiyyət Heydər Əliyevin xatirəsini hər zaman dərin ehtiramla yad edir. Millətin məhəbbətini qazanmış Ümummill Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaqdır.

Çıxışlarda qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası olub. Dahi rəhbərin siyasi kursunun ən layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qətiyyəti, yüksək sərkərdəlik məharəti və müzəffər Ordumuzun qəhrəmanlığı sayəsində Ulu Öndərin bu arzusu real həllini tapdı. İşğalçı erməni qüvvələri üzərində qazanılan tarixi Zəfər qələbəsi ilə xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu. Bu gün qələbəmizin təntənəsi olaraq üçrəngli bayrağımız Vətən torpaqlarında, Qarabağın döyünən ürəyi olan Şuşada, Xankəndidə qürurla dalğalanır.

Keçidlər