Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə ümumi (9 illik) təhsil səviyyəsi üzrə yekun buraxılış imtahanı uğurla keçirilib.

17 mart 2024 | 16:20

Martın 17-də Daşkəsəndə Dövlət İmtahan Mərkəzi tərəfindən imtahan qrafikinə uyğun olaraq rayonun ümumi təhsil məktəblərinin 9-cu sinif şagirdlərinin yekun buraxılış imtahanı baş tutub.

İmtahan 2 binada – Daşkəsən şəhər İ.Nəsimi adına 1 №-li və  A.Mürsəlov adına 2 №-li tam orta məktəblərdə aparılıb.

Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi  ilə imtahan keçirilən binaların mühafizəsi, təcili tibbi yardım briqadalarının və yanğınsöndürən avtomobillərin xidməti təşkil olunub.

255 nəfər şagirdin iştirak etməsi nəzərdə tutulan imtahan aidiyyəti üzrə məsul şəxslərin nəzarəti altında heç bir qanun pozuntusu olmadan uğurla yekunlaşıb.

Keçidlər