Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə ümumi (9 illik) təhsil səviyyəsi üzrə yekun attestasiya keçirilib

30 aprel 2022 | 13:58

Aprelin 30-da Daşkəsəndə Dövlət İmtahan Mərkəzi tərəfindən imtahan qrafikinə uyğun olaraq rayonun ümumi təhsil pilləsində təhsil alan 9-cu sinif şagirdlərinin yekun buraxılış imtahanı baş tutub.
İmtahan Daşkəsən rayonunda 2 binada - Daşkəsən şəhər İ.Nəsimi adına 1 №-li və  A.Mürsəlov adına 2 №-li tam orta məktəblərdə aparılıb.
Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin müvafiq tapşırığı  ilə imtahan keçirilən binaların mühafizəsi, təcili tibbi yardım briqadalarının və yanğınsöndürən avtomobillərin xidməti təşkil olunub.
243 nəfər şagirdin iştirak etməsi nəzərdə tutulan imtahan Rayon İcra Hakimiyyəti əməkdaşlarının və aidiyyəti üzrə digər məsul şəxslərin nəzarəti altında uğurla yekunlaşıb.

Keçidlər