Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 22) 215-51-59, 215-54-51

Daşkəsəndə Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə tədbir keçirilib

03 iyun 2022 | 18:43

İyunun 3-də Daşkəsən Rayon İcra Hakimiyyəti və Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə 5 iyun - Ümumdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş görüşdə RİH-nin məsul işçisi Elmar Əliyev, Mərkəzin direktoru Nailə Məmmədova, rayonun ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.

            Görüşü giriş nitqi ilə açan Mərkəzin direktoru Nailə Məmmədova bildirib ki,   Azərbaycanda ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin ölkəmizə rəhbərliyinin  bütün dövrlərində bu istiqamətdə kompleks tədbirlər həyata keçirilmiş, respublikamızın bütün bölgələrində yaşıllaşdırma işləri geniş vüsət almışdır.

            RİH-nin əməkdaşı Elmar Əliyev çıxışında mövzu ilə bağlı geniş məlumat verib. O həmçinin “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın 2.2.3-cü bəndinə əsasən bu istiqamətdə rayonun ümumtəhsil müəssisələrinin ictimai məlumatlılığının artırılması üçün tədbirlərin bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayıb, belə maarifləndirici görüşlərin başlıca məqsədinin uşaqları ekologiyanın qorunması, yurd sevgisi ruhunda tərbiyə etmək, onlarda ekoloji şüuru formalaşdırmaq olduğunu bildirib.

Müzakirə şəraitində keçən görüşdə məktəbliləri maraqlandıran bir sıra suallar cavablandırılıb.  

 

 

 Elmar Əliyev

Daşkəsən RİHBA-nın İctimai-siyasi və

Humanitar məsələlər şöbəsinin müdir müavini

 

 

Keçidlər